Avadanlıqların icarəsi
Kompüterlərin, printerlərin və digər ofis avadanlıqların icarəsi
Avadanlıqlar hər zaman davamlı istismar üçün tələb olunmur. Müəyyən ofis avadanlıqlarının yalnız qısa müddətlik istifadəsi üçün tələb olunduğu bir sıra hallar olur: bunlara bütün növ konfranslar, sərgilər, kampaniyalar və digər tədbirlər aiddir. Şirkətin belə səbəblərə görə daima bahalı avadanlıqlar alması məntiqli deyil; onları icarəyə götürmək daha sərfəlidir. Məhz bizim şirkətdə müasir ofis avadanlıqlarını icarəyə götürə bilərsiniz. Bu həlli yolu müvəqqəti ofis və ya otaq götürən şirkət üçün uyğundur. Digər yerə köçdüyünüz halda kompüterlər, printerlər və digər ofis avadanlıqlarını daşımalı olmayacaqsınız. Biz avadanlıqları istənilən müddətə və münasib qiymətə icarəyə veririk.
"NewTech" şirkəti aşağıdakıları təklif etməyə hazırdır:
- İstənilən səviyyədə kompüterlər - sadə kompüterlərdən tutmuş, qrafik məlumatlar da daxil olmaqla böyük həcmli məlumatların emalı qabiliyyətinə malik güclü serverlərə qədər. İcarəyə verilən bütün kompüterlərin işləkliyi, alıcı tərəfindən tələb olunan digər avadanlıqlarla uyğunluğu və virus və digər zərərli proqram təminatlarının olub-olmaması yoxlanılır. Ekranlar və təqdimat üçün displeylər - sifarişçinin avadanlıqlarına qoşulma funksiyası ilə təmin olunmuşdur; həmçinin, bütün zəruri işləri görəcək və sistemin funksionallığını yoxlayacaq mütəxəssislərimiz də var.
- Printerlər - sadədən mürəkkəbə qədər, çoxrəngli. Çox miqdarda çap materiallarını çap etməyə ehtiyacınız olduqda, lakin nəşriyyata müraciət etmək istəmədikdə və bu cür xidmətlərə verəcəyiniz pula qənaət etmək istədikdə bu, rahat bir seçimdir.
- Təqdimat proyektorları - təqdimatlar və sərgilər üçün mühüm seçimdir, onları da icarəyə götürmək məqsədəuyğundur.
- Və digər avadanlıqlar.
- İşləklik və funksionallığa dair zəmanət almaqla bərabər, tələb olunan vaxt müddəti üçün bəyəndiyiniz avadanlığı da seçə bilərsiniz. Həmçinin, avadanlıqların yerindəcə quraşdırılmasını həyata keçiririk.
«NewTech» şirkətinin xidmətləri
Bizim şirkətimiz tədbirlərin keçirilməsi zamanı istifadə üçün icarəyə geniş çeşiddə avadanlıq təklif edir. Mütəxəssislərimiz kompüter texnikası, printerlər və fakslar, rabitə cihazları, simli və simsiz şəbəkələr, kopiyalama texnikaları, televizorlar, proyektorlar və lazımi mebellər (masalar və oturacaqlar) ilə tam təchiz edilmiş müvəqqəti bir mobil ofis yarada bilərlər.
Təklif etdiyimiz hər bir xidmətə yüksək səviyyədə yanaşmamız bizə, nəinki hər bir müştərini müasir avadanlıqla təmin etmək, həm də bazarda optimal qiymətlər təqdim etmək imkanı verir. Şirkətimizin fəaliyyəti əsasən səyyar keçirilən tədbirlərin texniki dəstəyinə yönəlmişdir. Biz sərgilərin, konfransların, müvəqqəti ofislərin, mətbuat mərkəzlərinin və sairə tədbirlərin təşkilində iştirak edirik. Avadanlıq icarəyə götürərkən aşağıdakı üstünlükləri əldə edəcəksiniz:
- Büdcəyə qənaət, şirkətimiz yeni avadanlıqların alınması ilə müqayisədə ən optimal qiymətlərlə işləyir. 1 vahiddən çox avadanlıq icarəyə götürüldükdəbu sistem keçərlidir. Texniki avadanlıqların icarəsi əlavə xidmətlərin və vergi ödənişlərinin minimuma endirilməyə kömək edir;
- Layihələr həm də fərdi əsasda sıfırdanhazırlanır. Forumlar, virtual konfranslar, reklam çəkilişləri, master-klass dərslərin və tədbirlərin keçirilməsi üçün lazım olan avadanlıqlarla təmin edirik. Qiymət, hər bir layihə üçün müştəri ilə ortaq müzakirə olunduqdan sonra individual olaraq formalaşır;
- Zəruri hallarda yeni avadanlıqlar təqdim edirik. Böyük tədbirlərin təşkili zamanı, sifarişçinin istəyi ilə təşkilatımız tərəfindən yeni avadanlıqlar təqdim edilə bilər.